AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gəncədə 10 yaşlı futbolçuların çempionatı keçiriləcək

Gəncədə 10 yaşlı futbolçuların çempionatı keçiriləcək

İdman
20 İyun 2014, 17:53 964
Bu gün Gəncə şəhər stadionunun bazasında AFFA nümayəndələri və Gəncənin aşağı yaş qrupları üzrə komandalarının məşqçiləri arasında görüş keçirilib. Kəpəz TV xəbər verir ki, tədbirdə AFFA tərəfindən keçirilən turnirlər haqda müzakirələr aparılıb.

Bildirilib ki, gələn mövsümdən etibarən federasiya U-19, 17, 16, 14, 13, 12 və U-11 liqaları ilə yanaşı 10 yaşlı futbolçuların da çempionatını keçirməyi planlaşdırır. Bu yaş qrupu üzrə yarışların keçirilməsi uşaqların futbolda ilk addımlarını atmasına xidmət edərək, onlara oyun təcrübəsi qazandıracaq.

Bundan başqa yeni təkliflərə əsasən U-14 liqasının peşəkar səviyyədə keçirilməsi nəzərdə tutulub. Qərar qəbul olunarsa, bu komandalar oyunlarını evdə və səfərdə keçirəcək.