• şənbə, 20 Aprel, 13:30
  • Baku Bakı 23°C

Gələn il yanvarın 1-dən enerji içkiləri ilə əlaqədar qaydalar tətbiq olunacaq

09.11.19 11:30 2134
Gələn il yanvarın 1-dən enerji içkiləri ilə əlaqədar qaydalar tətbiq olunacaq
Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək və tərkibində karbohidratların kütlə payı isə 11 faizdən artıq olmayacaq.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindənAZƏRTAC-a verilən məlumata görə, agentliyin hazırladığı "Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.
Qeyd edək ki, gələn il yanvarın 1-dən "Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.
banner

Oxşar Xəbərlər