• cümə, 26 Aprel, 21:26
  • Baku Bakı 22°C

Gecə saat 3-də həyat yoldaşını oyadıb, “Barsa”ya görə

26.09.18 12:15 573
Gecə saat 3-də həyat yoldaşını oyadıb, “Barsa”ya görə
"Atletiko”nun futbolçusu Antuan Qrizmann "Barselona”dan aldığı təklif zamanı necə davrandığı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Qrizmann həmin vaxt hətta yuxu rejiminin də pozulduğunu deyib. O, məsələ ilə bağlı ailə üzvləri ilə də məsləhətləşib:
"Həmin ərəfədə özümü o qədər də yaxşı hiss etmirdim. Hətta yuxum da qaçmışdı. Gecə saat 3-də həyat yoldaşımı oyadıb "biz nə etməyi planlaşdırırıq” sualını verdim.
Ancaq o, mənə kömək etmək iqtidarında deyildi. Həyat yoldaşım başımda nə olduğunu bilmirdi.
Ondan əlavə, valideynlərimlə də məsləhətləşdim. Ailə üzvlərimdən kimsə məni "Barselona”da görmək istəyirdi, kimsə də yox. Ona görə də qərar vermək çox çətin oldu”.
Qrizmann "Barselona”nın təklifindən imtina edərək, "Atletiko” ilə müqaviləsini 2023-cü ilə qədər uzadıb.
banner

Oxşar Xəbərlər