• cümə, 26 Aprel, 13:17
  • Baku Bakı 23°C

Foqtsu Mircavadov əvəz edəcək?

17.10.14 15:39 1292
Foqtsu Mircavadov əvəz edəcək?
"Təkcə Foqtsun gedişi ilə iş düzəlmir.
Futbolumuzun sturukturu dəyişilməlidir. Foqts mənim həmkarımdır. Ona görə də deyə bilmərəm ki, vaxtında getdi, yoxsa istefası bir qədər gecikdi. İndi Foqtsu söymək, onu tənqid etmək bizə yaraşmaz".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov milli komandamızın baş məşqçisi Berti Foqtsun istefa verməsinə münasibət bildirərkən deyib.
Təcrübəli mütəxəssis qeyd edib ki, millimizin uğursuzluğu hələ Rusiyaya 0:4 hesabı ilə uduzduğumuz yoldaşlıq oyunundan başlayıb: "Məncə, Xorvatiyaya bir top fərqi ilə uduzsaydıq, hamı bunu normal qəbul edəcəkdi və Foqts vəzifəsində qalacaqdı. Amma belə olmamalıdır. Həyəcan siqnalı hələ milimiz yoldaşlıq oyununda Rusiyaya 0:4 hesabı ilə uduzanda çalındı. Həmin qarşılaşmada gördük ki, komandamızın oyunu yoxdur".
Mircavadov qeyd edib ki, yeni gələn baş məşqçinin işi çox çətin olacaq: "Əcnəbi mütəxəssis gəlsə, ona ən azə altı aya vaxt lazım olacaq. Həmişə klublarımızda və millimizdə yerli məşqçilərin çalışmasını istəmişəm. Ancaq ilk növbədə yerli məşqçilərimizə hörmət olunmalıdır. Azərbaycanda yerli məçqçiyə əcnəbi qədər nə inanırlar, nə də ona lazım olan şəraiti yaradırlar. Əcnəbi məşqçilər nə istəsə, ona əməl edirlər.”
A.Mircavadov "Yenidən milli komandanı çalışdırmaq istərdinizmi" sualını belə cavablandırıb: "Mənim istədiyim odur ki, yerli məşqçiyə inam olsun. İnanırlarsa, millidə işləyim, inanmırlarsa, mənlik deyil. Ancaq bir daha qeyd edirəm ki, əcnəbi məşqçi futbolumuza heç nə verməyəcək".
banner

Oxşar Xəbərlər