• cümə, 26 Aprel, 13:04
  • Baku Bakı 23°C

Firdovsi Umudov: Məqsədimiz Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut etməkdir

26.08.17 12:45 1425
Firdovsi Umudov: Məqsədimiz Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut etməkdir
Güləş üzrə dünya çempionatına gələndə bilirdik ki, üzərimizə böyük məsuliyyət düşür. Biz çempionata gələndə qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edək. Hacı Əliyevin qələbəsi bütün xalqımızın qələbəsidir.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov deyib.
"Ard-arda sevinc hissləri yaşayırıq. "Qarabağ” futbol klubumuz çempionlar liqasına vəsiqə qazandı. Ardınca bu qələbə. "Qarabağ”ın qələbəsi bizə stimul verdi. Prezident İlham Əliyevin futbolçularımızla görüşünə baxdıq. Dövlətimizin başçısının söylədikləri bizi daha da ruhlandırdı. Azərbaycan Prezidentinə idmançılara göstərdiyi diqqət və qayğıya görə minnətdarıq”, - deyə F.Umudov bildirib.
banner

Oxşar Xəbərlər