• çərşənbə, 24 Aprel, 19:20
  • Baku Bakı 23°C

Finlandiya qazıntı yanacağından imtina məsələsində çətinliklərlə üzləşib

05.11.19 10:15 955
Finlandiya qazıntı yanacağından imtina məsələsində çətinliklərlə üzləşib
Son illər Finlandiya hökuməti qazıntı yanacağından imtina etmək və hazırda istifadə etdiyi daş kömür, təbii qaz, neft və torfu bərpaolunan enerji mənbələri ilə əvəzləmək istiqamətində böyük səylər göstərir.
AZƏRTACfin KİV-lərinə istinadla xəbər verir ki, bütün bu səylərə baxmayaraq, Finlandiya Statistika İdarəsinin son məlumatına görə, 2018-ci ildə bərpaolunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 1 faiz azalıb. Eyni zamanda, qazıntı yanacağı və torfun bu sahədə istifadəsi 14 faiz artıb. Ölkədə hidroenergetika və külək enerjisi kimi bərpaolunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 46,2 faiz olub ki, bu da ötənilki göstərici ilə müqayisədə (47,2 faiz) azdır. Bununla belə, qazıntı yanacağı və torf Finlandiyada elektrik enerjisi istehsalının beşdə bir hissəsini təşkil edir, nüvə enerjisi isə ölkənin enerji tələbatının yalnız 32 faizini ödəyir.
Lakin bu il Finlandiya özünün iddialı planları – 2035-ci ildə ölkəni karbon qazı tullantısı olmayan məkana çevirmək niyyəti ilə dünya mətbuatının diqqət mərkəzində olub. Həm də bildirilirdi ki, məqsədə nail olmaq üçün ölkədə qazıntı yanacağından istifadəyə böyük həcmdə son qoyulacaq. Amma hökumət bu hədəfinin siyasi və praktik təməli olmadığı üçün tənqidlərə məruz qalıb.
Finlandiyanın Baş Naziri Antti Rinne bu yaxınlarda bəyan edib ki, onun kabinetinin üzvləri 2020-ci ilin yanvarında keçiriləcək iqlim üzrə konfransda məhz iqlimlə bağlı siyasəti və bu sahədə tədbirlərin həyata keçirilməsi qrafikini müzakirə edəcəklər.
Qeyd edək ki, solçu koalisiya hökumətinin bugünədək olan büdcəsində gələn ildə benzinə olan vergilərin artırılması və təbiəti mühafizə tədbirlərinə daha çox vəsait ayrılması, lakin həm də yüksək miqdarda karbon qazı emissiya edən torfun yandırılmasına subsidiyaların artırılması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər