• cümə, 26 Aprel, 10:49
  • Baku Bakı 12°C

FİFA bu dəfə İngiltərəyə qarşı iş açdı

13.07.18 11:25 457
FİFA bu dəfə İngiltərəyə qarşı iş açdı
FİFA İngiltərə Futbol Assosiasiyasına qarşı intizam işi açıb.
Kaspi.az xəbər verir ki, FİFA ingilis azarkeşlərin DÇ-2018-in yarımfinalında Xorvatiya ilə keçirilən oyunda davranışlarını araşdırır. Ali futbol qurumu ingilis azarkeşlərin diskriminasiya xarakterli hərəkətlərə yol verdiklərini iddia edir.
FİFA rəsmisi mətbuata açıqlamasında bu məlumatı təsdiqləyib:
"Təsdiq edirik ki, ingilis azarkeşlərin diskriminasiya xarakterli hərəkətlərə yol verməsi ilə bağlı bizə hesabat daxil olub. İngiltərə Futbol Assosiasiyasına qarşı iş açılıb”.
İngiltərə yarımfinalda Xorvatiyaya 1:2 hesabı ilə məğlub olub.
banner

Oxşar Xəbərlər