• cümə, 26 Aprel, 10:56
  • Baku Bakı 12°C

“Fənərbağça”nın yeni baş məşqçisi budur

12.08.14 16:02 1243
“Fənərbağça”nın yeni baş məşqçisi budur
Klub öz rəsmi saytında bu gün İsmayıl Qartal ilə rəsmi müqavilə imzalanacağını açıqlayıb. İ. Qartal baş məşqçi vəzifəsindən istefa verən Ərsun Yanalın köməkçisi idi. Ə. Yanal komanda daxilindəki intizamsızlıq və şəxsi həyatındakı qeyri-əxlaqi davranışlar səbəb göstərilərək klub rəhbərliyi tərəfindən istefa verməyə məcbur edilib.
1961-ci il təvəllüdlü İsmayıl Qartal futbolçu olub və 1983-93-cü illərdə “Fənərbağça”nın heyətində çıxış edib. Məşqçilik karyerasına “Karabükspor”da başlayıb. Sonra “Sivasspor”, “Mardinspor”, “Malatyaspor”, “Orduspor”, “Konya Şəkərspor” və “Hacəttəpə” komandalarında çalışıb. 2010-2011-ci il sezonunda “Fənərbağça”da baş məşqçi köməkçisi vəzifəsində işə başlayıb. Aykut Kocamanın və Ərsun Yanalın köməkçisi olub.
banner

Oxşar Xəbərlər