• cümə, 26 Aprel, 07:16
  • Baku Bakı 12°C

Fellayni qol vurdu, Mourinyo ağlını itirdi

28.11.18 11:10 543
Fellayni qol vurdu, Mourinyo ağlını itirdi
"Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Yanq Boyz”la qarşılaşıb.
Kaspi.az xəbər verir ki, MY bu görüşdə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu oyuna əlavə edilmiş dəqiqələrdə Maruan Fellayni vurub.
"Yunayted”in baş məşqçisi Joze Mourinyo Fellayninin qolundan sonra hisslərinə nəzarət edə bilməyib. O, texniki zonada qoyulmuş su qablarını götürərək var qüvvəsi ilə yerə çırpıb. Mourinyo oyundan sonra belə deyib:
"Pərəstişkarlarıma demək istəyirəm ki, ÇL-də iştirak etdiyim 14 mövsümün hamısında komandam qrupdan çıxmağı bacarıb. Bu turnirdə iştirak etmədiyim 2 mövsümdə isə UEFA kubokunu və Avropa Liqasını qazanmışam”.
"Mançester Yunayted” bu qələbə sayəsində qrupdan çıxmağı təmin edib.
banner

Oxşar Xəbərlər