• çərşənbə axşamı, 23 aprel, 11:20
  • Baku Bakı 20°C

Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranır

08.12.19 14:45 687
Febril qıcolmalar uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda yaranır
Qıcolmalar uşaq yaşlarının kifayət qədər yayılmış patologiyasıdır. Təqribən sağlam uşaqların 10 faizində qeyri-spesifik fon aktivliyinin dəyişikliyi, 2-3 faizdə epileptiform tipli kəskin dalğalar elektroensefaloqrammada (EEQ) aşkar olunur. Kəskin, yəni, qeyri-peridoik və xroniki, həmçinin periodik qıcolma tutmaları ayırd edilir. Kəskin qıcolma tutmalarının ən çox yayılmış səbəblərinə iltihabi proseslər - meningit, ensefalit, baş beynin absesləri, infeksion xəstəliklər (qızdırma ilə müşayiət olunanlar), travmalar, baş beynin həcmli prosesləri, elektrotravma və termik zədələnmələr, metabolik pozulmalar, o cümlədən hipoqlikemiya, hiperqlikemiya, hipokalsemia, hipomaqnemiya və s. aid edilir.
BunuAZƏRTAC-a açıqlamasında Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova bildirib.
Febril qıcolmaların uşağın 6 ayından 5 yaşına kimi qızdırma fonunda, yəni, bədən temperaturu 38,5° C-dən yüksək olanda yarandığını deyən pediatr bildirib: "Beş yaşdan yuxarı uşaqlarda febril qıcolmalara nadir rast gəlinir. Adətən temperaturun qalxması və onun pik həddində baş verir. Generalizə olunmuş tonik-klonik, tonik, atonik və ya klonik qıcolmalar ayırd edilir.
Fəsadlaşmamış tutmalar sutka ərzində 1 dəfə, 15 dəqiqədən qısa davam edən parsial komponent olmadıqda mərkəzi sinir sisteminin infeksion zədələnməsi və metabolik pozulmalar olmadığı təqdirdə ailə anamnezində epilepsiyanın olmaması hallarında baş verir.
Fəsadlaşmış-kompleks tutmalar atipik, çoxsaylı, 15 dəqiqədən çox davam edən və ya parsial febril qıcolmalardır. EEQ müayinəsi ancaq təkrar qıcolma hallarında lazımdır”.
Günay Cavadova deyib ki, valideynlərə qızdırma ilə mübarizə aparmaq, temperaturun pik həddinə çatmasına imkan verməmək, fiziki və kimyəvi üsullarla qızdırmanı salıb yarana biləcək təkrar qıcolma tutmalarının qarşısını almaq tövsiyə olunur. Həmçinin həkimə erkən müraciət etmək məsləhət görülür.

banner

Oxşar Xəbərlər