• cümə, 26 Aprel, 22:47
  • Baku Bakı 22°C

Fatmaya qarşı ittiham təsdiqini tapmadı

27.04.18 11:20 733
Fatmaya qarşı ittiham təsdiqini tapmadı
FİFA təşkilatın baş katibi Fatma Samuraya qarşı şübhələri aradan qaldırıb.
Kaspi.az xəbər verir ki, Fatmaya qarşı təşkilatın etik kodeksini pozmaqla bağlı şübhələr yaranmışdı. Onu Mərakeşin DÇ-2026-ya ev sahibliyi etməsində maraqlı olmaqda ittiham edirdilər.
İddia olunurdu ki, tam adı Fatma Samba Diuf Samura olan baş katibin, Mərakeşin DÇ-2026 ilə bağlı səfiri, "Liverpul”un sabiq futbolçusu Əl-Haci Diufla qohumluq əlaqəsi var.
Fatma özü bu məlumatı təkzib etmişdi. Araşdırmalardan sonra isə FİFA baş katibə qarşı bütün şübhələrin aradan qalxdığını bildirib.
DÇ-2026-ya Mərakeşdən savayı, ABŞ, Kanada və Meksika da birgə ev sahibliyi etmək istəyir.
banner

Oxşar Xəbərlər