Fanatlar futbolçuları döydü
İtaliya
futbolunda da insident baş verib.
Kaspi.az xəbər
verir ki, B seriyasında çıxış edən "Askoli”nin futbolçuları döyülüblər.
Komandanın qapıçısı Vinçentso Venditti ilə yarımmüdafiəçi Samuel Parlati
fanatların hücumuna məruz qalıblar.
Hadisə
"Venetsiya” ilə oyundan (0:1) sonra baş verib. Məğlubiyyəti həzm edə bilməyən
10-a yaxın azarkeş futbolçuları döyüblər.
Maraqlıdır ki,
döyülən hər iki oyunçu komandanın əsas heyət üzvü sayılmır. Parlati bu mövsüm cəmisi
bir oyunda meydana çıxıbsa, qapıçı Vendetti ümumiyyətlə, oynamayıb.
"Askoli” 30
turdan sonra B seriyasında sonuncu pillədə qərarlaşıb.