Fanatlar derbini yarımçıq dayandırdılar
Yunanıstan
çempionatında "Panatinaikos”la "Olimpiakos” arasında keçirilən qarşılaşma
yarımçıq dayandırılıb.
Kaspi.az xəbər
verir ki, fanatlar ixtişaş törətdikləri üçün derbini sona çatdırmaq mümkün
olmayıb. Artıq qarşılaşmanın 5-ci dəqiqəsində "Panatinaikos” fanatları rəqibin
ehtiyat oyunçularına hücum ediblər.
Buna görə
qarşılaşma 8 dəqiqə dayandırılıb. İkinci hissənin əvvəlində "Olimpiakos” hesabı
açıb. Bundan sonra "yaşıllar”ın fanatları polislərə hücum ediblər.
Vəziyyəti sabitləşdirməyin
mümkün olmadığını görən alman hakim Marko Frits 70-ci dəqiqədə oyunu
dayandırmağa məcbur olub.
Polis 8 nəfəri həbs
edib. Böyük ehtimalla, oyun davam etdirilməyəcək və "Panatinaikos”a texniki məğlubiyyət
veriləcək.