• cümə, 26 Aprel, 06:34
  • Baku Bakı 12°C

Ey, Klopp, Qardiola, bəs onlar nə etsinlər?

05.04.19 15:30 680
Ey, Klopp, Qardiola, bəs onlar nə etsinlər?
Yurgen Kloppla Xosep Qvardiola ağır təqvimdən şikayət edirlərsə, Venesuelanın "Deportivo Lara” komandası nə etsin?
Kaspi.az xəbər verir ki, "Deportivo Lara” 6 saat ərzində 2 rəsmi qarşılaşmaya çıxmalı olub.
Klub rəhbərliyi Libertadores kubokundan bir gün əvvəl çempionatda oyuna çıxmalı imiş. Federasiya rəhbərliyinə müraciət edilsə də, çempionat oyunu təxirə salınmayıb.
Məcburiyyət qarşısında qalan komanda əvvəlcə səfərdə "Laneros”la çempionat oyununa çıxıb və 3:2 hesabı ilə qalib gəlib. Bundan sonra komanda təyyarə ilə evə qayıdıb.
Və bir neçə saatdan sonra isə Libertadores kubokunda Argentinanın "Urakan” komandası ilə oyuna çıxıblar. "Deportivo Lara” bu qarşılaşmadan da qalib ayrılıb – 2:1.
banner

Oxşar Xəbərlər