• cümə, 29 Mart, 19:39
  • Baku Bakı 14°C

Çexiyada alternativ energetikaya sərmayə qoyuluşu artır

09.10.18 15:21 507
Çexiyada alternativ energetikaya sərmayə qoyuluşu artır
Çexiyalı sahibkar Daniel Krjetinskinin transmilli energetika və sənaye holdinqi (EPH) son iki ildə bərpaolunan enerji mənbələrinə 18 milyard krondan (703 milyon avro) çox sərmayə qoyub.
AZƏRTACHoldinqin rəhbərliyinə istinadla xəbər verir ki, İtaliya, Böyük Britaniya və Almaniyadakı EPH-nin yeganə və ya şərikli sahib olduğu elektrik stansiyaları atmosferə zərərli emissiyalar tullantılarını 19 faiz azaltmağa nail olub. Bu, kombinə edilmiş üsulla elektrik enerjisi və istilik istehsalının 38 faizə çatdırılması fonunda baş verib.
Energetika və sənaye holdinqi hazırda kömürlə işləyən elektrik stansiyalarında enerji istehsalının tədricən azaldılması proqramını həyata keçirir. Bununla əlaqədar, buxar-qaz emissiyalarının aşağı olduğu və bioloji kütlədən istifadə edilən mənbələrə üstünlük verilir.
banner

Oxşar Xəbərlər