• cümə, 26 Aprel, 16:27
  • Baku Bakı 23°C

Əsas amalı Mourinyonu gülümsəməyə məcbur etməkdir

28.07.18 12:15 548
Əsas amalı Mourinyonu gülümsəməyə məcbur etməkdir
Yurgen Klopp "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun "Liverpul”un transfer siyasəti ilə bağlıı fikirlərinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Kloppun da Jozeyə cavabı ironiyalı olub. O, Mourinyonu gülümsəməyə məcbur etməyi həyatdakı ən əsas amallarından biri hesab etdiyini vurğulayıb:
"Eşitmişəm ki, Joze məni gülməli adam hesab edir. Həyatda əsas amallarımdqan biri də onu gülümsəməyə məcbur etməkdir.
Belə hal tez-tez baş vermir. Amma məhz "Liverpul”a görə baş verirsə, deməli, əladır. Əvvəllər bir neçə söz demişəm. İndi xatırlamıram, amma bilirəm ki, Pol Poqbanın trasnferi haqda danışmamışam.
Mən heç vaxt MY haqda danışmayacağam. Ancaq məndən bu barədə soruşacaqlarsa, cavab verəcəyəm. Mourinyonun nə danışması ilə bağlı mənim heç bir problemim yoxdur. Biz azad dünyada yaşayırıq, o, nə istəsə danışa bilər”.
Xatırladaq ki, Joze Mourinyo "Liverpul”un bahalı transferlər etməsini misal göstərərək, "xoşbəxtəm ki, Kloppun düşüncəsi dəyişib” demişdi. O, Kloppun, Pol Poqba MY-yə transfer olunarkən, "belə bahalı keçidlərə ehtiyac yoxdur” fikrinə cavab olaraq belə ifadə işlədib.
banner

Oxşar Xəbərlər