AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir

Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir

Cəmiyyət
05 Avqust 2020, 15:30 430
Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması həm bu ölkə üçün real sosial-iqtisadi təhdiddir, həm də bütün Qafqaz regionu və Avrasiya üçün siyasi riskdir.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
O qeyd edib ki, Ermənistan hökumətində və siyasi dairələrində monoetnik siyasət, pan-erməni irredentizmi və faşist ideologiyası daim Avropa İttifaq, Avropa Şurası, Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası, eləcə də digər ölkələr tərəfindən pislənməlidir:
"Ermənistanda faşistlərə ucaldılmış abidələr indiki Ermənistan hökumətinin və baş nazir Nikol Paşinyanın geridəqalmış milli görüşünün və çürüməkdə olan fəlsəfəsinin təsdiqidir. Biz istənilən faşizm aktının, faşist erməni qoşunları tərəfindən Azərbaycanın suveren ərazisi və xalqına qarşı hərbi təcavüz planlarını mühakiməyə etməyə hazır olmalıyıq”.
P.Teys əlavə edib ki, Soros Fondu hökumətləri gizli fəaliyyətə, insan haqlarının pozulmasına və ictimaiyyətin diqqətindən kənar dövlət vəsaitlərinin sərf olunmasına təşviq etməklə Avropa ölkələri üçün təhdid təşkil edir:
"Corc Sorosun təsis etdiyi fond Avropaya və onun xalqlarına real təhlükədir”.