AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan heç bir inkişaf perspektivi olmayan uğursuz dövlətə çevrilib

Ermənistan heç bir inkişaf perspektivi olmayan uğursuz dövlətə çevrilib

Cəmiyyət
29 İyun 2020, 13:21 139
Ermənistan həqiqətən də heç bir inkişaf perspektivi olmayan uğursuz dövlətə çevrilib.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, Ermənistanın faşist hökuməti öz xalqına təzyiqi davam etdirir:
"Ölkədə işsizlik səviyyəsi, ictimai işlərdə və infrastrukturda korrupsiya, dövlət müəssisələrində nepotizm artır, üstünlük yoxsul ölkədə təbii ehtiyatlardan qalanları da dağıdan bir neçə oliqarxa verilir. Ermənistanda işsizlik səviyyəsi iyirmi faizə çatır və ölkə Beynəlxalq yoxsulluq indeksində ən yüksək göstəriciləri olan 14 ölkədən biridir".
Ekspert qeyd edib ki, Ermənistanda tarixən inflyasiya yüksək olub, amma əvvəlki illərlə müqayisədə bu göstərici daha da artıb, ölkədə qida məhsullarının bahalaşması, içki və tütün məhsullarının ixracının azalması müşahidə olunur:
"Bu gün dənizə çıxışı olmayan zəif inkişf etmiş ölkə olmaqla Ermənistan geniş yayılmış mütəşəkkil cinayətkarlıqdan, korrupsiyalaşmış hökumət məmurlarından əziyyət çəkir və Azərbaycana qarşı işğal siyasətinə görə bataqlığa yuvarlanıb. Ermənistan regionda Avropa investisiyalarına mane olur".
P.Teys vurğulayıb ki, bu gün Ermənistanda iqtisadiyyat üçün yeganə "oksigen" mənbəyi diaspordan gələn pul köçürmələridir və zəif iqtisadi göstəricilərə baxmayaraq Yerevan işğal və etnik təmizləmə siyasətini davam etdirir:
"Dünyada baş verən Dördüncü sənaye inqilabı fonunda Ermənistanı yalnız öz sərvətlərini artırmaq barədə düşünən orta əsr avtoritar liderləri idarə edir. Azərbaycan isə özünün konkret dövlət siyasəti, kompleks və hərtərəfli görüşü ilə sənaye inqilabının dəyişikliklərinə aktiv reaksiya göstərir. Bakı qlobal siyasətin aparıcı iştirakçısına çevrilir və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmalıdır".
Ekspert əlavə edib ki, Yerevan indiki hakimiyyətlə iqtisadi böhran yaşamaqda davam edəcək, daha çox vətəndaş Ermənistanı tərk edəcək və ölkədə demoqrafik vəziyyət əhəmiyyətli dərəcədə pisləşəcək.