• cümə, 26 Aprel, 05:08
  • Baku Bakı 16°C

Ermənilər "Qarabağ"ın Polşadakı oyunundan əvvəl təxribat hazırlayıbmış

02.10.20 16:15 572
Ermənilər "Qarabağ"ın Polşadakı oyunundan əvvəl təxribat hazırlayıbmış
Polşanın paytaxtıVarşavada azərbaycanlılara qarşı təxribat törətməyə cəhd edən ermənilər yerli təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.
"Report"un Avropa bürosunun əldə etdiyi məlumata görə, üç gün əvvəl Polşanın "Wojska Polskiego" stadionu yaxınlığında 25 yaşlı Ermənistan vətəndaşıDamir Sarkisyanvə 30 yaşlı Rusiya vətəndaşıSaak Qriqoryansaxlanılıb.
Yerli hüquq-mühafizə orqanları onların stadionda baş tutacaq futbol matçı zamanı azərbaycanlılara qarşı təxribat planlarını aşkarlayıb.
Saxlanılan ermənilər Polşadan deportasiya olunub.
Xatırladaq ki, Azərbaycanın "Qarabağ" klubu ötən gecə adıçəkilən stadiondaUEFA Avropa Liqasında pley-off mərhələsində Polşanın"Legiya" klubu ilə qarşılaşıb.
Oyunda 3:0 hesabı ilə qalib gələn Ağdam komandası UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

banner

Oxşar Xəbərlər