“Ən böyük arzum “Made in Azerbaijan” adı altında öz brendimi yaratmaqdır”- Uğur hekayəsi
2016-cı
il onu çox şeyləri düşünməyə vadar edib. Növbəti illərdə həyata keçirəcək
layihələrinin özülünü məhz 2016-cı ildə qoyub. Deyir ki, 2016-cı il əvvəlki
illər kimi olsaydı, komfort zonasında qalacaq və düşünməyəcəkdi. Bu baxımdan,
tövsiyə edir ki, insanlarımız, sadəcə, yeniliklər haqqında düşünsünlər. Əmindir
ki, bununla problemlərdən, çətinliklərdən çıxış yolu tapacaqlar. Müsahibimiz
Dəmir Bankın Layihələr üzrə meneceri Ceyhun Hacıbəyli ilə yaxından tanış
olaq...
-
İqtisad Universitetinin ikinci kursunda oxuyanda işləmək qərarına gəldim və
müxtəlif işlərlə maraqlandım. İntervüer işi mənə maraqlı gəldi. Çünki
dərslərimi axsatmadan pul qazanmaq imkanı əldə edirdim. Konkret saatlarda işdə
olmaq tələbi yox idi. Dövlət layihələrini, xarici şirkətlərin, beynəlxalq və
yerli qeyri-hökumət təşkilatlarının müxtəlif səpkili layihələrini həyata
keçirirdik. Sifariş verən təşkilatı maraqlandıran müxtəlif sorğular tərtib
olunurdu. Biz də suallar əsasında əhali arasında sorğu keçirirdik. Beləcə,
İqtisad Universitetini qurtarana kimi orada intervüer kimi fəaliyyət göstərdim.
Sonra hərbi xidmətə getdim. Qayıdanda köhnə iş yerimə supervayzer kimi dəvət
olundum. Bir müddətdən sonra menecer, daha sonra layihə rəhbəri kimi fəaliyyət
göstərdim. 2008-ci ildə SİAR Özbəkistanda öz törəmə şirkətini açdı və həmin
şirkətə rəhbərlik etdim. Orada şirkəti sıfırdan qurduq, bir ildən çox fəaliyyət
göstərdik. Sonra Özbəkistanın qanunlarına əsasən, bir sıra məhdudiyyətlər
yarandı deyə, məcbur qalıb beş illik müqaviləni il yarımdan sonra dayandırdıq.
-
İqtisad Universitetinin magistratura pilləsində təhsil alanda mənə bank
marketinqi mövzusunda dissertasiya işi düşdü. Bu da müəyyən araşdırmalar tələb
edirdi. Marketinq öz sahəmə uyğun idi, amma bank işi ilə tanış deyildim. Buna
görə də banklarda marketinqlə maraqlanmağa başladım. Bu sahə məni özünə cəlb
etdi və üstəlik, karyeramda nəsə yenilik etmək istədim. Yeni tanışlıqlar, yeni
mühit... Beləliklə, fəaliyyətimi TuranBankda davam etdirməyə başladım. Beş il
orada marketinqə rəhbərlik etdim. Həmin il TuranBank yeni strateji yola qədəm
qoymuşdu. 2008-ci il böhranından sonrakı dövrdə qarşısına yeni strateji hədəflər
qoymuş bankda marketoloq olmaq çox maraqlı idi. Əminliklə deyə bilərəm ki, biz
bu inkişafa nail olduq. Orada da beş il işlədikdən sonra DəmirBanka keçdim.
Hazırda DəmirBankda Strateji Layihələrin idarə olunmasına məsulam və 20-yə
yaxın layihə həyata keçirirəm. Bu layihələr tam innovativ olmaqla bankın yeni
strateji hədəflərinə xidmət edir, bankı yeni bir mərhələyə - rəqəmsal
bankçılığa aparır.
-
Əvvəllər müştərilər daha çox kreditlərdən yararlanırdılar. İndi banklar müəyyən
səbəblərdən əvvəlki kimi kredit verə bilmir. Dünyada baş verən iqtisadi
proseslər Azərbaycana da öz təsirini göstərib və banklar da müəyyən zərbə
aldılar. Bu zərbənin təsirini dolayısı yolla əhali də gördü. Ötən il ərzində
yaranmış iqtisadi problemlər üzündən bəzi bankların lisenziyaları ləğv edildi.
Bu və digər səbəblər üzündən müştərilərin banklara depozit yatırmaqla bağlı
etibarı bir qədər öldü. İndi müştərilər kreditdən yararlana bilmir, etibar edib
depozitlərini banklara yatırmırlar. Buna görə də banklar daha çox çalışırlar
ki, həmin etibarı yenidən qazansınlar və müştərilərə tam çeşidli xidmət
göstərsinlər. Həmçinin qeyd etmək istərdim ki, hazırda banklar qeyri-kredit
sahələrinin inkişafına daha çox önəm verirlər,
əməliyyat gəlirlərini artırmağa çalışırlar. Müştərilərin rahatlığı üçün
yeni satış kanalları yaradır, onların məmnunluğunu təmin etmək məqsədilə
məsafəli xidmətlər təklif edirlər.
- Mənim
fikrimcə, xeyr. Çünki istənilən halda, marketoloq hər hansı bir şirkətin
inkişafına birbaşa təsir edən, xidmət göstərən şəxsdir. Son nəticədə bütün
şirkətlər nəsə satır – məhsul və ya xidmət. Hər bir xidmətin, məhsulun da
alıcısı var. Daha effektiv satış həyata keçirmək üçün öz alıcının bir çox
xüsusiyyətlərini, həmçinin psixologiyasını bilməlisən. Bu zaman sən müştəriyə,
sadəcə, məhsul və ya xidmət deyil, "dəyər” satmış olursan.
- Sadəcə,
zamanı. Amma buna da qurban demək olmaz. İllər ərzində əldə etdiklərim məhz
bunlara həsr etdiyim zamanın nəticəsidir. Başqa qurbanlarım olmayıb. Ailəmə də,
valideynlərimə də, dostlarıma da maksimum diqqət göstərməyə çalışıram.
Düzdür, bəlkə də həyatda hansısa yanlış addımlarım, qərarlarım olub. Amma həmişə çalışıram nədənsə peşman olmayım.
Bir hadisəni qeyd edim. Özbəkistana ilk səfərimdə Daşkənddə aeroportdan şəhər istiqamətinə gedən yolun kənarında böyük bir bilbord yerləşdirmişdilər. Bilbordda rus dilində Əlişir Nəvainin "yalnız müdrik insan keçmişi haqqında peşman olmur” sözləri qeyd olunmuşdu. Bu aforizm nədənsə mənə çox doğma gəldi və əbədi olaraq beynimə həkk olundu.
-
Həftənin bir gününü də dostlarıma sərf edirəm. Bu, məndə uzun illərdən gələn
bir adətdir. Həftədə bir dəfə yığışıb həftənin stresini atırıq. Hərəmiz
ayrı-ayrı sahələrdə çalışırıq. Görüş zamanı fikirlərimizi bölüşür, həftə
ərzində müxtəlif sahələrə aid yenilikləri paylaşırıq. Bir sözlə, həftənin
stressini atıb növbəti həftəyə rahat başlayırıq.
- Bəli. Hazırda biznes sahəsi ilə daha çox maraqlanıram. Araşdırmalar
aparır, sahibkarlıq fəaliyyəti ilə bağlı məlumatlar əldə edirəm. Həyatda ən
böyük arzum "Made in Azerbaijan” (Azərbaycan istehsalı – L.M.) adı altında öz
brendimi yaratmaqdır.
-
Düşünürəm ki, istədiyim uğura hələ tam çatmamışam. Hələ məktəb illərində
Uinston Çörçillin belə bir deyiminə rast gəlmişdim: "Dünya daha çox canavar
qanunları ilə işləyir, amma mənim dişlərim daha böyükdür”. Yəni mən istənilən
halda, istənilən vəziyyətdə çıxış yolunu tapacağam. Bunu özümə deviz götürərək
həmişə fikirləşmişəm ki, nə olur-olsun, ya yaxşı yaşayacaq, ya da ümumiyyətlə,
yaşamayacağam. Bu deviz altında özümün, ailəmin, valideynlərimin tələblərini
qarşılamağa çalışmışam və buna nail olmuşam.
- İnsan
problemlə rastlaşanda problem haqqında yox, daha çox problemin həlli yollarını
fikirləşməlidir. Hər son bir başlanğıcdır. Növbəti mərhələ haqqında düşünmək,
növbəti mərhələyə keçid etmək lazımdır. Nə qədər ki, güzəranımız yaxşıdır, heç
vaxt düşünmürük. Stabillik axtarır, stabil yaşayırıq. Amma müəyyən aşağı
enmələr olanda düşünməyə başlayırıq.
2016-cı il ağır il oldu. Hazırda ölkə olaraq tam yeni bir mərhələyə addımlayırıq. Mən deyərdim ki, 2016-cı il məni çox şeyləri düşünməyə vadar etdi. Növbəti illərdə həyata keçirəcək layihələrimin özülünü mən 2016-cı ildə qoydum. Yəni 2016-cı il əvvəlki illər kimi olsaydı, komfort zonamda qalacaq və düşünməyəcəkdim. Bu baxımdan, tövsiyə edərdim ki, insanlarımız, sadəcə, yeniliklər haqqında düşünsünlər. Əminəm ki, çıxış yolu tapacaqlar.
Lalə MUSAQIZI
- 10 ilə yaxın SİAR Araşdırmalar və Consaltinq
Qrupunda işləmisiniz. Sözügedən şirkət ilk iş yeriniz olub və burada vəzifəniz
pillə-pillə böyüyüb. İntervüer kimi
başlayıb Qafqaz və Mərkəzi Asiya üzrə əməliyyat direktoru vəzifəsinədək
qalxmısınız. İlk işə başlama tarixçəniz maraqlıdır...
- Sizcə, hansı xüsusiyyətlərinizə görə şirkətin
xaricdəki qoluna rəhbərtəyin edildiniz?
- İlk
olaraq, bunu şirkətdə qazandığım etibar ilə əlaqələndirirəm. Həmin şirkət
rəhmətlik Rəhim Hüseynov tərəfindən təsis olunmuşdu. Sonradan onun xanımı Səidə
Talıbova onun işini davam etdirməyə başladı. Bu iki insan mənim şəxsiyyətimin
formalaşmasında, həyata hazırlanmamda çox böyük rol oynayıblar. İşimə
məsuliyyətlə yanaşmağım, tapşırıqların öhdəsindən layiqincə gəlməyim də etibar
qazanmağıma gətirib çıxaran səbəblərdəndir. Yaranan problemləri həll etmə
bacarığım da vəzifə pilləsində irəliləməyimə gətirib çıxaran amillərdəndir.
- 9 ildən sonra necə oldu işinizi dəyişib
TuranBanka keçdiniz?
- Uzun müddət araşdırmalarla məşğul olmusunuz. Elə
DəmirBankda da əvvəlki işiniz Marketinq araşdırmaları və proqramları sahəsinə
rəhbərlik etmək olub. Maraqlıdır, hazırda müştərilər bankların hansı
məhsullarından istifadə edirlər?
- Ceyhun bəy, psixologiyanı bilmədən yaxşı
marketoloq olmaq mümkündür?
- Deyirlər, karyeranda, elə həyatda da nəsə əldə
etmək üçün nəyisə qurban vermək lazımdır. Siz əldə etdiklərinizə görə nəyi
qurban vermisiniz?
Düzdür, bəlkə də həyatda hansısa yanlış addımlarım, qərarlarım olub. Amma həmişə çalışıram nədənsə peşman olmayım.
Bir hadisəni qeyd edim. Özbəkistana ilk səfərimdə Daşkənddə aeroportdan şəhər istiqamətinə gedən yolun kənarında böyük bir bilbord yerləşdirmişdilər. Bilbordda rus dilində Əlişir Nəvainin "yalnız müdrik insan keçmişi haqqında peşman olmur” sözləri qeyd olunmuşdu. Bu aforizm nədənsə mənə çox doğma gəldi və əbədi olaraq beynimə həkk olundu.
- İki övlad sahibisiniz. İş adamları, daim məşğul
olan atalar adətən övladları ilə az vaxt keçirirlər. Övladlarınız sizdən
razıdır, onlara kifayət qədər vaxt ayıra bilirsiniz?
-
Çalışıram ki, həftə sonlarını ailəmlə, uşaqlarımla keçirim. Məzuniyyətlərimi də
maksimum onlara həsr edirəm.
- Bəs dostlarınız necə, sizdən razıdır?
- Planlarınız nədir? Heç öz biznesinizi
qurmaq barədə fikirləşirsiniz?
- Ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Dünyada baş verən proseslərdən dolayı hazırda
iqtisadiyyatımızda problemlər yaşanır. İşsizlikdən əziyyət çəkən
mütəxəssislərimizə nə məsləhət görərdiniz?
2016-cı il ağır il oldu. Hazırda ölkə olaraq tam yeni bir mərhələyə addımlayırıq. Mən deyərdim ki, 2016-cı il məni çox şeyləri düşünməyə vadar etdi. Növbəti illərdə həyata keçirəcək layihələrimin özülünü mən 2016-cı ildə qoydum. Yəni 2016-cı il əvvəlki illər kimi olsaydı, komfort zonamda qalacaq və düşünməyəcəkdim. Bu baxımdan, tövsiyə edərdim ki, insanlarımız, sadəcə, yeniliklər haqqında düşünsünlər. Əminəm ki, çıxış yolu tapacaqlar.
Lalə MUSAQIZI