“Çempionluğu meydanda yox, oteldə itirmək ağırdır”
"Napoli”nin baş
məşqçisi Mauritsio Sarri "Sampdoriya” ilə oyundan (2:0) sonra mövsümün
yekunları ilə bağlı fikirlərini bldirib.
Kaspi.az xəbər
verir ki, "Napoli” A seriyasının yekunlaşmasına bir tur qalmış çempion olmaq
şansını itirib. Sarri isə bildirib ki, onlar çempionluğu meydanda yox, oteldə
itiriblər:
"Yuventus” bir
neçə aspektdə bizdən üstün idi. Ancaq bir şeyə təəssüf edirəm. Biz çempionluğu
meydanda yox, oteldə itirdik. "Fiorentina” ilə oyundan əvvəlki gecə daha erkən
vaxtda yatmalı idik.
"Napoli”nin
azarkeşlərinə və şəhərə heyranam. Bu, həmişə belə olacaq. Cümə axşamı bizdə
bütün klub şam yeməyinə yığışacaq. Həmin vaxt klub prezidenti ilə gələcəyimlə
bağlı mütləq söhbət edəcəyəm”.