• cümə, 26 Aprel, 09:28
  • Baku Bakı 12°C

Çempionlar Liqasının finalı “Baku Crystal Hall”da

19.12.13 14:09 1296
Çempionlar Liqasının finalı “Baku Crystal Hall”da
Voleybolçu qadınlar arasında Çempionlar Liqasının (ÇL) “4-lər finalı” Bakıda keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə dekabrın 19-da Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer ÇL-in “pley-off” mərhələsinin püşkatma mərasimindən öncə açıqlama verib.
4 komandanın qatılacağı həlledici mərhələnin oyunları 2014-cü il 15-16 martda “Baku Crystal Hall”da təşkil olunacaq. Bu komandalardan biri ev sahibliyini öz üzərinə götürmüş Bakının “Rabitə” klubudur. Qalan 3 klub isə 1/6 və 1/3 final mərhələlərinin yekununda qalib gələnlərdən ibarət olacaq. “Rabitə” qrup mərhələsindən 1/6 finala vəsiqə qazansa da, ev sahibliyinə yiyələnməsindən sonra “pley-off” mərhələlərindən kənarda qalıb. Bu komanda yalnız “4-lər finalı”nda səhnəyə dönəcək.
Həlledici mərhələdə Azərbaycanın daha bir təmsilçisi “İqtisadçı” da yer ala bilər. Amma bunun üçün klubumuz ilk növbədə 1/6 finalda Çempionlar Liqasının son qalibi Türkiyə “Vakıfbank”ını üstələməyi bacarmalıdır. İlk oyun 14 – 16 yanvarda, cavab görüşü isə 21 - 23 yanvarda olacaq. 1/3 final matçları isə 4 – 6 mart və 11 – 13 martda baş tutacaq.
banner

Oxşar Xəbərlər