AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əməkdar rəssam Rəşid Şerif vəfat edib

Əməkdar rəssam Rəşid Şerif vəfat edib

Mədəniyyət
26 Mart 2020, 16:00 749
Azərbaycan Dövlət "YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib. 
Bu barədə APA-ya Azərbaycan Dövlət "YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib. 
Onun sözlərinə görə, R.Şerif martın 26-da vəfat edib. 
R.Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.
Allah rəhmət eləsin.