AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elza Seyidcahan Türkiyə şou-biznesinə qədəm qoyur

Elza Seyidcahan Türkiyə şou-biznesinə qədəm qoyur

Mədəniyyət
15 Noyabr 2013, 15:00 923
Əməkdar artist Elza Seyidcahan Türkiyə şou-biznesinə qatılmaq qərarına gəlib. Bu barədə müğənni özü məlumat verib. O, təklifin Türkiyənin məşhur telekanalından gəldiyini bildirib:

“Bilirsiniz ki, “Türkiyə” adlı marş yazmışam. Bu mahnı onlar tərəfindən çox bəyənilib. Tanınmış bir telekanalın rəhbərliyi məni Türkiyəyə dəvət edib. Orada həmin bəstəmə klip çəkəcəklər. Bütün xərclər, orada qalmaq, geyimlərim - hamısı onlar tərəfindən təşkil ediləcək. Bu işlə mən həm Azərbaycan şou-biznesində, həm də Türkiyənin şou-biznesində və sənət dünyasında olacam.

Hazırda ssenari yazılır. Klip qardaş ölkənin qədim yerlərində çəkiləcək. Hər zaman ancaq yaradıcılığımla gündəmdə qalacam. Başqaları kimi qaldığım otellərlə, geyindiyim libaslarla öyünüb gündəmdə qalmağa çalışmıram”.
axsam.az