Elan etdi ki, gedir
Antuan Qrizmanın
"Atletiko”dan gedəcəyi dəqiqləşib.
Kaspi.az xəbər
verir ki, "Atletiko”nun "tvitter” səhifəsi Qrizmanın video-müraciətini yayıb.
Müraciətdə Antuan "Atltiko”nu tərk edəcəyini bildirib:
"Atletiko”da
möhtəşəm 5 il keçirdim. Hər şeyə görə sağ olun. Siz daim mənim qəlbimdə
qalacaqsınız”.
Qrizmanın
"Barselona”ya keçəcəyi bildirilir. Məlumata görə, Kataloniya klubu onun üçün
125 milyon avro ödəyəcək.