• cümə axşamı, 28 mart, 21:27
  • Baku Bakı 13°C

Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün işlər aparılır

02.04.20 13:22 1248
Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün işlər aparılır
Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib və hazırda bu istiqamətdə işlər aparılır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, krediti olan müştərilərin vəziyyəti yaxşılaşarkən, banka əmanət qoyanların və bankların vəziyyəti pisləşdirilməməlidir:
"Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalıyıq. Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir. Sənədlər hazırlanır, yaxın günlərdə təsdiqlənəcək və bu barədə ictiamiyyətə məlumat veriləcək”.
banner

Oxşar Xəbərlər