Əgər sabah “hə” desə, qapılar açıqdır
"Benfika”nın
prezidenti Luiş Filipe Vieyra Joze Mourinyonun komandasının baş məşqçi postunda
görmək istədiyini etiraf edib.
Kaspi.az xəbər
verir ki, bir müddət əvvəl Mourinyonun "Benfika”dan təklif aldığı barədə məlumat
yayılmışdı. Ancaq daha sonra xəbər verildi ki, Joze həmyerlilərinin təklifini qəbul
etməyib. Ancaq Vieyra bildirib ki, Jozeni komandasında görmək istəsə də, onunla
danışıqlar aparmayıb:
"Biz Joze ilə
dostuq. Mourinyo "Benfika”nın gələcək baş məşqçisidir? Biz onunla danışmamışıq.
Amma Mourinyonu
kim öz komandasında görmək istəməz ki? Əgər o, sabah "hə” desə, qapılar
açıqdır. Pul "Benfika” üçün problem deyil”.