• cümə, 26 Aprel, 10:21
  • Baku Bakı 12°C

Əgər ağ doğulsaydı, problemləri daha az olardı

31.05.18 13:15 715
Əgər ağ doğulsaydı, problemləri daha az olardı
"Nitsa”nın və İtaliya yığmasının futbolçusu Mario Balotelli üzləşdiyi problemlər barədə danışıb.
Kaspi.az xəbər verir ki, Balotelli uşaq vaxtı özünə qarşı yönəlmiş rasizm hərəkətlərini xatırlayıb. O, qaradərili olduğu üçün cəmiyyət tərəfindən qəbul edilmədiyini vurğulayıb:
"Əlbəttə, əgər mən ağ doğulsaydım, problemlərim daha az olardı. 18 il müddətində bütün qapılar üzümə bağlı idi. Bu qapılar mən yalnız İtaliya vətəndaşlığını aldıqdan sonra açıldı. Ancaq mənə qarşı cəmiyyətin münasibəti yenə də əvvəlki kimi idi.
Bir dəfə məktəbin yeməkxanasında qəlyanaltı yoxa çıxdı. Müəllimlər heç bir araşdırma aparmadan məndən şübhələndilər. Bir hadisə isə heç vaxt yadımdan çıxmır. Dərslərimi hazırlayandan sonra həyətə düşüb uşaqlarla oynamaq istədim.
Uşaqlara yaxınlaşıb "Salam, oynayaq?” dedim. "Yox, Mario, biz səninlə oynamırıq” cavabını verdilər. Bunun səbəbini soruşduqda isə "Mario, sən qaradərilisən, ona görə də səninlə oynamırıq” dedilər.
Məhz dərimin rəngi qara olduğu üçün məni yaxın buraxmırdılar, fərqli münasibət göstərirdilər”.
banner

Oxşar Xəbərlər