• cümə, 26 Aprel, 12:55
  • Baku Bakı 23°C

Əfsanəvi boksçu yenidən xəstəxanaya düşdü

16.01.15 10:57 1298
Əfsanəvi boksçu yenidən xəstəxanaya düşdü
Əfsanəvi boksçu Məhəmməd Əli yenidən xəstəxanaya yerləşdirilib.
“Associated Press”ə istinadən verdiyi məlumata görə, M. Əli sidik yolları infeksiyası ilə bağlı müalicəni davam etdirəcək.
Buna baxmayaraq əfsanəvi boksçu öz doğum gününü evində qeyd etməyi düşünür. Yanvarın 17-də M. Əlinin 73 yaşı tamam olacaq.
Xatırladaq ki, M. Əli ötən ilin dekabrın 21-də sətəlcəm (ağ ciyər iltihabı) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin sonradan həkimlər onda sidik yolları infeksiyasını aşkar ediblər.
banner

Oxşar Xəbərlər