• cümə, 26 Aprel, 14:12
  • Baku Bakı 23°C

Əcnəbinin əleyhinədir, ruslardan ilhamlanıb

28.07.18 11:30 698
Əcnəbinin əleyhinədir, ruslardan ilhamlanıb
Uruqvay yığmasının sabiq futbolçusu Dieqo Forlan hesab edir ki, yığma komandanın baş məşqçisi əcnəbi yox, yerli mütəxəssis olmalıdır.
Kaspi.az xəbər verir ki, Forlan uğurun yalnız yerli mütəxəssislə qazanıla biləcəyini deyib. O, fikrini əsaslandırmaq üçün Rusiya yığmasını misal çəkib:
"Yığma komandanı əcnəbi yox, yerli məşqçi çalışdırmalıdır. Bilirsiniz, bu, uğurun açarıdır. Baxın, Rusiya yığmasını uzun müddət əcnəbi mütəxəssis çalışdırdı. Ancaq uğur yerli məşqçinin rəhbərliyi altında əldə olundu.
Yığmanın baş məşqçisi futbolçuların mentalitetini bilməli, onlarla doğma dildə ünsiyyət qurmalıdır. Əcnəbi məşqçilərlə bütün bunlar alınmır”.
banner

Oxşar Xəbərlər