• cümə, 26 Aprel, 05:09
  • Baku Bakı 16°C

Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində “Velosiped idman klubu” təsis olunub

24.12.17 13:15 951
Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində “Velosiped idman klubu” təsis olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər, əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilir.
DTX-də şəxsi heyətin idmanla məşğul olması, fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şərait yaradılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin imzaladığı Qərarla 24 dekabr 2017-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində "Velosiped idman klubu” təsis olunmuşdur.
"Velosiped idman klubu”nun təlim və maddi-texniki bazasının yaradılması ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilib.
banner

Oxşar Xəbərlər