AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanır

Cəmiyyət
05 Aprel 2021, 15:15 1189
Azərbaycanda "Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin hazırlanması prosesi yekunlaşmaq üzrədir.
 
APA-nın məlumatına görə, bu barədə "Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.
 
Hesabatda qeyd edilib ki, dövlət satınalmalarının keçirilməsində hesabatlılıq və şəffaflığın təmin edilməsi, rəqabətli metodlara üstünlük verilməsi və qanunvericiliyin pozulması ilə bağlı məsuliyyətlərin sərtləşdirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi – dövlət satınalmaları sahəsində yeni qanunvericilik bazasının hazırlanması və institusional çərçivənin müəyyən olunması təklifi  əlaqədar dövlət satınalmaları sahəsində rəqabətliliyin artırılmasını, satınalma prosedurlarından yayınma hallarının qarşısının alınmasını və elektron satınalma prosedurlarının tətbiqinin genişləndirilməsini nəzərdə tutan "Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinin yekunlaşmaq üzrədir.