• bazar, 06 Iyul, 03:32
  • Baku Bakı 24°C

Dövlət qulluğuna qəbul qaydaları dəyişdi

24.10.16 18:52 2498
Dövlət qulluğuna qəbul qaydaları dəyişdi
Dövlət qulluğuna qəbulla bağlı sistemdə yeniliklər edilib. Fins. az xəbər verir ki,bu barədəDövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının iclasında qurumun icraçı direktoru Vəfadar Misirov məlumat verib.
Bildirib ki,bu yeniliklər "Dövlət Qulluğu haqqında” qanuna edilən son dəyişikliklərin əsasında hazırlanıb. Dövlət qulluğu vəzifələri üzrə test imtahanının məzmunu, sertifikat növləri, onlar üzrə keçid balları, müsahibə qaydaları və digər nəzərdə tutulan yeniliklər müzakirə edilibvə onlarla bağlı şura üzvləri arasında fikir mübadiləsi aparılıb.
İclasda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komitənin ləğvi, 2017-ci ildə ümumi təhsil səviyyəsi (9-illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair ölkənin bölgə mərkəzlərində seminarlar keçirilməsi kimi məsələlər də müzakirə edilib.
banner

Oxşar Xəbərlər