• cümə, 26 Aprel, 11:27
  • Baku Bakı 12°C

Dünyada onları barmaqla göstərirlər

18.01.14 10:04 1234
Dünyada onları barmaqla göstərirlər
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cü ilin ən yaxşı qadın qapıçılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun dünya ölkələrindəki üzvləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən Hope Solo planetin ən yaxşısı seçilib.
ABŞ milli komandasının və “Seattl Reign”in qolkiperi 110 xal toplayıb. O, ən yaxın izləyicisi Nadin Anqereri (Almaniya yığması və “Frankfurt”) cəmi 4 xal qabaqlayıb. İlk “üçlüyü” Danimarkanın və “Dyusburq”un qapıçısı Stina Petersen qapayıb (42 xal).
Ümumilikdə, İFFHS-in siyahısına isə cəmi 9 əlcək sahibinin adı daxil olub.
banner

Oxşar Xəbərlər