Dünya Bankı Ukraynada torpaq islahatına dəstək verib

Dünya Bankı Ukraynada torpaq islahatına dəstək verib

İqtisadiyyat
10 Noyabr 2019, 13:45 768
Dünya Bankı Ukraynaya ölkədə kənd təsərrüfatı torpaqları bazarının açılışı ilə bağlı torpaq islahatına dəstəyini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə təşkilatın bəyanatına istinadən "Ukrainski novini" ("Ukrayna xəbərləri") bildirib.
"Dünya Bankı Ukraynanın rəhbərliyi ilə planlaşdırılmış kənd təsərrüfatı torpaqları bazarının açılışına tam dəstəyini ifadə edir. Torpaq islahatı Ukrayna fermerlərinin kənd təsərrüfatının təyinatı üzrə torpağı ala, sata bilmələri üçün lazımdır ki, onlar kreditlər almaq imkanına malik olsunlar", - deyə Dünya Bankında bildiriblər.
Bununla yanaşı, təşkilatda qeyd ediblər ki, bu addım həmçinin torpaq sahiblərinə lazımınca qiymətli aktiv üçün gəlir əldə etmək imkanı verəcək.
Sentyabrda Ukrayna hökuməti torpaq islahatı haqqında qanun layihəsini bəyənib.