• cümə axşamı, 28 mart, 16:49
  • Baku Bakı 16°C

Doqquz ayda avtomobil benzini və dizel yanacağı istehsalı artıb

19.10.19 14:08 586
Doqquz ayda avtomobil benzini və dizel yanacağı istehsalı artıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri2 400,9mln. manat təşkil edib.
"Report”unDövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə1%azdır.
Hesabat dövründə ölkədə914,9min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən0,9%çoxdur. Bu il oktyabr ayının 1-i tarixinə36,5min ton avtomobil benzini ehtiyatı olub.
Digər neft məhsullarının istehsalına gəlincə,202,4min ton neft-kimya sənayesində istifadə üçün benzin,1 635,4min ton dizel yanavağı,95min ton yanacaq mazutu istehsal olunub ki, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı19,7%, dizel yanacağı isehsalı7,7%, yanacaq mazutu istehsalı55,2%artıb.
Hesabat dövründə ölkədə460,1min ton ağ neft,17min ton sürtkü yağları,185min ton neft bitumu,189,1min ton neft koksu istehsal edilib. Ağ neft istehsalında1,9%, sürtkü yağları istehsalında84,3%, neft bitumun istehsalında15,6%, neft koksunun istehsalında3,5%azalma qeydə alınıb.
banner

Oxşar Xəbərlər