• cümə, 26 Aprel, 20:03
  • Baku Bakı 22°C

"Dnepr"in 6 xalı silindi

26.10.16 20:34 1143
"Dnepr"in 6 xalı silindi
Ukraynanın "Dnepr” klubu ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, FİFA İntizam Komitəsi Dnepropetrovski təmsilçisinin daxili çempionatda 6 xalını silib.

Buna səbəb isə komandanın keçmiş baş məşqçi Xuande Ramosa olan təzminat borcunu ödəməməsidi. 2015-ci ilin iyun ayından bəri davam edən araşdırma nəhayət yekunlaşıb.
Bu qərardan sonra Ukrayna Premyer Liqasında 10 oyundan sonra 10 xal toplaya bilmiş "Dnepr”in xalı 4-ə düşüb və klub 12 komanda arasında 11-ci yerə geriləyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2014/15 mövsümündə təmsilçimiz "Qarabağ”la eyni qrupda mübarizə aparmış ukraynalılar finala qədər irəliləmiş, yalnız həlledici oyunda "Sevilya”ya uduzmuşdu (2:3).
banner

Oxşar Xəbərlər