AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir

Cəmiyyət
28 Noyabr 2020, 10:31 177

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama aparırıq.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter”də bildirib.
"Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq "ruhlar şəhəri"nə və "şəhərə qarşı terror"un (urbicide) nümunəsinə çevrilib. "Qarabağ” futbol klubu da bizimlədir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.