• cümə, 26 Aprel, 18:51
  • Baku Bakı 22°C

Deyir ki, yetkin insandır, nə istəsə, edə bilər

02.08.19 13:28 9058
Deyir ki, yetkin insandır, nə istəsə, edə bilər
"Real”ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyllə bağlı məsələyə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, "Real” "Audi Cup” turnirində iştirak etsə də, Beyl yaxşı formada olmadığı üçün Almaniyaya aparılmayıb. Belə görünür ki, uelsli futbolçunu komandasının oyunu da maraqlandırmır.
Belə ki, "Real” turnirdə oyun keçirən vaxt, Beyl qolf oynayıb. Zidan bu məsələyə belə münasibət bildirib:
"Bu haqda heç nə bilmirəm, şəkli görməmişəm. Ö futbolçularımın yanındayam və bu barədə heç nə deyə bilmərəm.
Ümid edirəm ki, o, komandadan kənarda yaxşı işləyir. Burda izə bizimlə olan futbolçuların yaxşı forma yığması üçün çalışırıq.
Madridə qayıdaq, baxarıq. Ona qolf oynamağı qadağan etməmişəm. O, yetkin insandır, nə istəsə, edə bilər.
Madriddə araşdırarıq, görək formasını bərpa etmək üçün nə edib. Qolf oynamaq onun şəxsi həyatına daxildir, buna görə onu mühakimə edə bilmərəm”.
banner

Oxşar Xəbərlər