Deyir ki, “Qızıl top”u fransız almalıdır
"France Football”
"Qızıl top”a namizədlərin adlarını açıqladıqdan sonra müzakirələr başlayıb.
Kaspi.az xəbər
verir ki, Fransa yığmasının və "Atletiko”nun hücumçusu Antuan Qrizmann da məsələ
ilə bağlı fikir bildirib. O, mükafatın fransıza verilməli olduğunu deyib:
"Bu mükafatı
almaq mənim arzumdur. Tarixə nəzər salsaq, görərik ki, mükafatı yaxşıların
yaxşısı alır. Başqalarına nümunə olmaq xoş hissdir.
Biz dünya
çempionu olmuşuq, planetin ən güclü komandasıyıq. Deməli, ən yaxşı futbolçu da
dünyanın ən yaxşı komandasında oynamalıdır, elə deyil?
Mən bunu belə
görürəm. Əlbəttə, səsvermədə hər kəsin fərqli mövqeyi olur. Ancaq hesab edirəm
ki, "Qızıl top”u mütləq fransız almalıdır”.
Qeyd edək ki,
yekun siyahıya Fransa yığmasının üzvlərindən Qrizmanndan savayı, Kilian Mbappe,
Pol Poqba, Rafael Varan, Uqo Loris və Nqolo Kante də daxil ediliblər.
Qalibin adı dekabrın 3-də elan ediləcək.