AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deyib ki, Kriş, sənə Argentinada nifrət edərlər

Deyib ki, Kriş, sənə Argentinada nifrət edərlər

İdman
02 Aprel 2020, 12:57 790
"Yuventus”un futbolçusu Paulo Dibala Kriştiano Ronaldo ilə münasibətləri haqda danışıb. 
 
Kaspi.az xəbər verir ki, Dibala Ronaldonun kənardan başqa cür göründüyünü, amma əslində tamamilə fərqli olduğunu vurğulayıb: 
 
"Mən ona dedim ki, Kriş, Argentinada sənə asanlıqla nifrət edərlər. Sənin davranışın, həyat tərzin, görünüşün bizim ölkədə qıcıq yaradar. 
 
Amma sən məni həqiqi mənada təəccübləndiridin. Çünki mən tamam başqa bir adam gördüm. O isə mənə belə cavab verdi: "Belə olduğunu bilirəm. Çünki bunu mənə çox adam deyib”.