• cümə, 26 Aprel, 05:34
  • Baku Bakı 16°C

Daha iki Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazanıb

25.06.16 02:25 1403
Daha iki Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazanıb
Daha iki Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazanıb.
AZƏRTACCüdo Federasiyasının məlumatına istinadla xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının ikinci günündə Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.
60 kq çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.
Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal əldə edib.
banner

Oxşar Xəbərlər