• cümə axşamı, 28 mart, 18:40
  • Baku Bakı 13°C

Daha çox hansı qruplara sənəd verilib?

29.05.20 13:05 623
Daha çox hansı qruplara sənəd verilib?
Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 62 021 abituriyent elektron qaydada ərizə verib.
Trend-in məlumatına görə, onların çoxu I ixtisas qrupu üzrə sənəd verənlərdir.
Ümumilikdə, indiyədək I ixtisas qrupu üzrə 26 168, II ixtisas qrupu üzrə 11 549, III ixtisas qrupu üzrə 19 732, IV ixtisas qrupu üzrə 4 572 abituriyent ərizə verib.
Bu günədək ərizə verənlərin 56 605 nəfəri Azərbaycan, 5 416 nəfəri isə rus bölməsi üzrə təhsil almaq istəyir.
V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 46 103, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 47 879 nəfər təşkil edir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.
banner

Oxşar Xəbərlər