• cümə, 26 Aprel, 22:12
  • Baku Bakı 22°C

DÇ-2018-in qalibi bəlli olur

15.07.18 10:35 704
DÇ-2018-in qalibi bəlli olur
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı bu gün başa çatır.
Kaspi.az xəbər verir ki, DÇ-2018-in həlledici oyununda Fransa və Xorvatiya yığmaları üz-üzə gələcək.
Bu, Fransa yığmasının tarixində üçüncü DÇ finalıdı. Bir dəfə həlledici oyundan məğlub ayrılmış fransızlar, öz ölkələrində keçirilən DÇ-1998-də dünya çempionu adını qazanıblar.
Xorvatiya isə tarixində ilk dəfə finala yüksəlib. Bu komanda həlledici görüşdə də qalib gəlsə, daha bir tarix yazmış olacaq.
DÇ-2018, final
15 iyul
19:00. Fransa - Xorvatiya
Baş hakim: Nestor Pitana (Argentina).
Moskva. "Lujniki” stadionu.
banner

Oxşar Xəbərlər