• cümə, 26 Aprel, 08:52
  • Baku Bakı 12°C

Üçüncü Avropa Oyunları Polşanın Krakov şəhərində keçiriləcək

22.06.19 17:20 697
Üçüncü Avropa Oyunları Polşanın Krakov şəhərində keçiriləcək
2023-cü ildə keçiriləcək üçüncü Avropa Oyunlarına Polşanın Krakov şəhəri ev sahibliyi edəcək.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Yarışmaya ev sahibliyi edəcək şəhərin seçilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin Minskdə keçirilən Baş Assambleyasında qitənin 50 milli komitəsi tərəfindən açıq səsvermə yolu ilə qəbul olunub.
Qeyd edək ki, Avropa Oyunları Avropa Olimpiya Komitəsinin idarəçiliyi ilə dörd ildən bir keçirilir. Yarışma ilk dəfə 2015-ci ildə Bakı şəhərində təşkil olunub. Həmin yarışda 5700 idmançı 31 növ üzrə 253 mükafat uğrunda mübarizə aparıb.
İkinci Avropa Oyunları Belarusun paytaxtı Minskdə keçirilir. İyunun 30-dək davam edəcək yarışlarda 15 idman növündə 199 mükafatın sahibi müəyyənləşəcək. Oxatma, karate və stolüstü tennis idman növləri üzrə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazandıracaq.
banner

Oxşar Xəbərlər