• cümə axşamı, 25 aprel, 10:49
  • Baku Bakı 14°C

“Citigroup”: Xam neftdəki profisit növbəti rübdə defisitə çevriləcək

20.05.20 15:45 832
“Citigroup”: Xam neftdəki profisit növbəti rübdə defisitə çevriləcək
Xam neftdəki profisit növbəti rübdə defisitə çevriləcək.
AZƏRTACxəbər verir ki, bu proqnozla ABŞ-ın üçüncü böyük bankı olan "Citigroup” çıxış edib.
Qeyd edək ki, hazırda neft bazarı istehsalın azaldılması və tələbatın yaxşılaşmağa başlaması fonunda bir ay əvvəlkindən daha yaxşıdır. Neftin qiyməti tələb-təklif tarazlığının yenidən müşahidə olunması nəticəsində bu ay təxminən 70 faiz dəyər qazanıb.
Çinin neft istehlakı yenidən virusdan əvvəlki səviyyə qayıdır, bütün dünyada ictimai nəqliyyat yenidən açılır, ərzaq və digər məhsulların tədarükü artdıqca isə benzinə tələbat bərpa olunur.
banner

Oxşar Xəbərlər