• cümə, 29 Mart, 09:52
  • Baku Bakı 5°C

Ceyhan terminalından indiyədək neftlə yüklənmiş 4 450-dən çox tanker yola salınıb

26.03.20 12:09 702
Ceyhan terminalından indiyədək neftlə yüklənmiş 4 450-dən çox tanker yola salınıb
Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,41 mlrd. barelə yaxın neft yola salınıb.
Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.
Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır. Məlumata görə, indiyədək terminaldan 4 452 tanker AÇG nefti ilə yüklənilib. Bu il (martın 26-a olan vəziyyətə görə) Ceyhan neft terminalından 54,38 mln. barel neft və 71 tanker yüklənilib. Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur.
banner

Oxşar Xəbərlər