Cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti 61 791 şəxsi işlə təmin edib

Cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti 61 791 şəxsi işlə təmin edib

İqtisadiyyat
17 Oktyabr 2019, 14:45 716
Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub. Onlardan 21 978-i qadınlardır.
Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub.