AZE | RUS | ENG |


“Bunu sonradan başa düşdüm” - Məktəb illəri

“Bunu sonradan başa düşdüm” - Məktəb illəri
Ədalət Şükürov: “Dərsdən qaçıb çayxanaya gedirdik, amma...”

Məktəb illəri hər kəsin həyatında unudulmaz xatirələrlə doludur. Bəlkə də insanın ən şıltaq, dəcəl olduğu vaxtlardır.  Zaman keçdikcə həmin dövrdə etdiklərimizi xatırlayanda, üzümüzdə azda olsa təbəssüm yaranırsa, demək ki, həmin  illər elə də sakit keçməyib. Sinif yoldaşlarımızla etdiyimiz zarafatlar, müəllimlərimizin bizə verdiyi cəzalar hamısı şirin bir xatirə olaraq yaddaşımıza həkk olunur.  Bu dəfə məşhur müğənni Ədalət Şükürovla məktəb illərindən danışdıq.
 
Ədalət bəy deyir ki, həmişə oxuduğu məktəblə fəxr edib. Həmin dövrün ən yaxşı məktəblərindən biri idi: "Sumqayıt şəhəri 12 nömrəli məktəbi rus bölməsi üzrə bitirmişəm. Deyərdim ki, 80-ci illərin əvvəllərində ən yaxşı məktəblərdən biri idi. Həmişə fəxr etmişəm ki, o məktəbdə təhsil almışam. Nə yaxşı, nə də pis oxuyan uşaq olmuşam. Orta səviyyədə oxuyurdum. İndi dərslər bizim zamanımızdakından çox fərqlidir, çətindir. Bircə alman dili dərsindən qaçdığıma heyfslənirəm. Sevmədiyim fənlər olan ədəbiyyat və tarix sonra mənə çox lazım oldu. Bunu sonradan başa düşdüm. Elə bir maraqlı xatirəm olmayıb, sadəcə, bunu deyə bilərəm ki, dərsdən qaçıb çayxanaya gedirdik, amma bunu yanlış olduğunu başa düşəndə, artıq gec idi. Yaş artdıqca həmin dərsləri yenidən öyrənməyə başladım”.

Müsahibimizdən təhsil alan gənclərə nə məsləhət gördüyünü də soruşduq: "Gənclərə onu məsləhət görə bilərəm ki, oxumaq heç vaxt gec deyil. Tədris olunan bütün fənlər gələcəkdə insana lazım olur. Məktəbdə oxuyarkən hansı ixtisası seçəcəklərini qərarlaşdırsınlar və ona uyğun dərsləri mükəmməl öyrənsinlər. Ona görə ki, bizim gələcəyimiz onların əlindədir. Onlar gələcəyin, həkimi, müəllimi, naziri, hərbçiləridirlər”.
 
Günel Azadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001