• cümə, 26 Aprel, 04:57
  • Baku Bakı 16°C

Buffonun etirafı

04.04.18 13:20 1125
Buffonun etirafı
"Yuventus”un qapıçısı Canluici Buffon ÇL-in 1/4 finalında "Real”la keçirilən ilk qarşılaşmadan (0:3) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Buffon rəqibin güclü olduğunu və layiqli qələbə qazandığını etiraf edib. O, Kriştiano Ronaldonu da tərifləyib:
"Ronaldo formasının pik nöqtəsindədir? Yox, o həmişə belə olub. Ronaldo və Messini ancaq Maradona və Pele ilə müqayisə etmək olar.
Bu gün bir neçə səhvə yol verdik. Ancaq güclü rəqiblə oynayırsansa, səhvlər də qaçılmazdı. Məyus olmuşuq, növbəti mərhələyə adlamaq mümkünsüzdü.
Çox ağırdır, ancaq rəqib güclü olanda haqqını vermək lazımdı. "Real” bu gün layiqli qələbə qazandı”.
banner

Oxşar Xəbərlər